Dövlət Komitəsi Nigar Ağazadəni qazandığı böyük uğur münasibəti ilə təbrik edir!

4 avqust 2022

Paylaş:

Hər il olduğu kimi bu il də qəbul imtahanları uğurla başa çatdı və bir çox məktəblilər yüksək nəticələr qazanaraq valideynlərini, yaxınlarını o cümlədən müəllimlərini sevindirdilər.Uğur qazanan uşaqlar arasında IV qrup üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan Ağazadə Nigar da var.

Qazandığı böyük uğur münasibətilə Nigarı təbrik edir və inanırıq ki, savadlı və bacarıqlı bir gənc olaraq gələcəkdə də əldə etdiyi nailiyyətlərlə bizləri sevindirəcək.

Nigarın bu uğuru qazanmasında dəstək olan valideynlərinə cəmiyyət üçün belə nümunəvi övlad böyütdüklərinə görə təşəkkür edirik!