Dövlət Komitəsi Bərdədə cinsi zorakılıq faktı ilə bağlı müvafiq tədbirlər həyata keçirməkdədir

30 avqust 2022

Paylaş:

İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi zorakılıq faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirməkdədir.
Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. 30 avqust tarixində isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.
Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.