“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsi

7 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların  uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq “8 Noyabr-Zəfər Günü” nə həsr edilmiş “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsi elan edir.

Müsabiqə uşaqların şəxsiyyət və vətəndaş kimi formalaşması, vətənpərvərlik və mili-mənəvi dəyərlər ruhunda tərbiyəsi, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, sərbəst düşünmə və problem həlletmə qabliyyətinin formalaşdırılması, istedadlı uşaqların cəmiyyətə təqdim edilməsi məqsədi ilə keçirilir.

Ətraflı məlumat və qeydiyyat üçün keçidlər :

1) “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin Əsasnaməsi

2) Müsabiqədə iştirak üçün müraciət forması  

Əlaqə telefonu: (012) 598-27-12