“Bizi qoruyun” adlı flashmob keçirilmişdir

6 iyun 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil edilən tədbirlərdə uşaq hüquqlarının müdafiəsi, cəmiyyətin diqqətinin bu istiqamətə yönləndirilməsi əsas məqsəd daşıyır. Silsilə tədbirlərin bir qismi QHT-lərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

1 iyun, 2014-cü il saat 17:30-da Dənizkənarı  Milli Parkda Komitə “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş flashmob təşkil etmişdir. Flashmobun təşkil edilməsində məqsəd bir daha uşaqların öz hüquqları ilə bağlı mesajların cəmiyyətə çatdırılması, xüsusilə valideyn məsuliyyətinin artırılmasına yönəlmişdir.

Flashmobda uşaqlar “Bizi qoruyun”, “Hüquqlarımızı bilək”, “İmkanlardan yararlanaq”, “Biz gələcəyik” adlı şüarlar səsləndirmişlər.

Sonda uşaqlara və valideynlərə Komitənin Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində hazırladığı “Valideyn qayğısı – uşaqların təhlükəsizliyi” adlı kiçik broşuralar paylanılmışdır.