15 dekabr tarixində növbəti “açıq qapı” günü keçiriləcək

5 dekabr 2022

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq “açıq qapı” günləri keçirilir.

“Açıq qapı” günlərinin keçirilməsində əsas məqsəd psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə problemlərin həll olunmasında vətəndaşlara peşəkar dəstəyin göstərilməsi, ailələrin maarifləndirilməsidir.

Növbəti “açıq qapı” günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, eləcə də Qadın və İcma Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda, 15 dekabr 2022-ci il tarixdə, saat 10.00-17.00-da keçiriləcəkdir.

 Ünvan və telofonlar