Bahar Muradovanın Xızı rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Xızı rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi.
Qəbul 27 yanvar 2023-cü il tarixində, saat 11:00-da Xızı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Xızı və Siyəzən rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.