Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur.
“Açıq qapı” günü 31 yanvar 2023-cü il tarixdə, saat 10.00-dan 17.00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, İcma Resurs Mərkəzlərində və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir.