Gənclər Günü münasibətilə regionlarda tədbirlər keçirilib

2 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Gənclər Gününə həsr edilmiş tədbirlər keçirilib, şəhid və qazi ailələrinə səfərlər təşkil edilib.

Aidiyyatı qurumların və yaşlı nəslin nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirlərdə dövlət gənclər siyasəti, bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verilib,qeyd olunan məsələlər istiqamətində müzakirələr aparılıb.