Yaz düşərgəsinin 5-ci günü uğurla yekunlaşıb

15 mart 2023

Paylaş:

Dövlət Komitəsinin "Cırtdan" Uşaq İstirahət və Sağlamlıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin 5-ci günü uğurla başa çatıb.

Uşaqlar səhər saatlarından başlayan proqrama əsasən stol arxasında kiçik motorika ve koqnitiv inkişafetdirici məşğələ, musiqi terapiyası keçiblər.

Daha sonra ilaxır çərşənbə günü ilə bağlı Novruz şənliyi təşkil edilib. Uşaqlar Kosa ilə Keçəlin teatr tamaşasını izləyib, bayrama özəl oyunlar oynayıb, yumurta döyüşdürüblər. Şənlik konsert proqramı ilə davam edib.