II “Uşaq Kitab Festivalı” bu gün də davam edib

9 aprel 2023

Paylaş:

Vətəndaşların marağına səbəb festivalın ikinci günündə də kitabsevərlər bir araya gəliblər.

Bu gün Şuşa Muğam məktəbinin şagirdlərinin çıxışı, yazıçı Zahid Xəlilin və Özge Lokmanhekimin uşaqlarla görüşü, həmçinin imza mərasimi baş tutub, eyni zamanda Kamal Yaşar, Elşad Hacıyev və Rövşən Abdullaoğlu ilə birgə nağıl saatı və Aytac Qəmbərovanın iştirakı ilə Kukla teatrı nümayiş etdirilib.

Festival çərçivəsində uşaqlara boyama üzrə master-klass və digər faydalı məşğuliyyətlər, həmçinin əyləncəli şou proqram təşkil edilib.

Eyni zamanda həkim Altay Abdullaoğlunun uşaq və valideynlər üçün məsləhətləri dinlənilib.“Oynayaq,öyrənək və böyüyək” (Nisa Başaran Çöllü) və “Məktubunuz var” (Əziz Yaqubzadə) adlı kitabların təqdimatı keçirilib.

Qeyd edək ki, festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.