Dövlət Komitəsi növbəti könüllü qəbulunu davam etdirir

10 aprel 2023

Paylaş:

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişləri aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi könüllü qəbulunu davam etdirir.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər 1 may 2023-cü il tarixinədək scfwca.gov.az saytında “Elanlar” bölməsinə daxil olaraq, “Könüllü anketi”-ni doldurub region@scfwca.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Seçimlərdə sosial iş, psixologiya, hüquq və jurnalistika fakültəsi tələbələrinə və məzunlarına üstünlük veriləcək.

Anket-könüllü