Qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsiplərini əks etdirən vəsait hazırlanıb

20 aprel 2023

Paylaş:

Qadın və uşaqlarla bağlı məlumatların mediada işıqlandırılması onların hüquqlarının qorunmasına ciddi təsir göstərən amillərdəndir. Cəmiyyətdə qadın və uşaq məsələləri ilə bağlı mövzular həssaslıqla qarşılandığı üçün bu sahədə düzgün məlumatlandırma xüsusi əhəmiyyət kəsb edir.    

Mövzunun aktuallığını nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təcrübəni əsas götürərək, qadın və uşaq mövzularının mediada işıqlandırıması prinsiplərini özündə əks etdirən maarifləndirici vəsait hazırlayıb. Tövsiyələrin hazırlanmasında məqsəd mediada qadın və uşaqların hüquq, mənafelərinə zərbə vuracaq məlumatların paylaşılmasının qarşısını almaq,  cəmiyyətin maraqlarına xidmət edən mediaya dəstək göstərməkdir.

Media nümayəndələrindən, eləcə də sosial mediada aktiv olan istifadəçilərdən, blogerlərdən qadın və uşaqlarla bağlı materialların hazırlanması, yayımlanması ilə bağlı vəsaitdə qeyd edilən bir sıra vacib məqamlarla tanış olmağı, qadın və uşaq hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin inkişafına töhfə vermək məqsədilə fəaliyyətlərində nəzərə almaqlarını xahiş edirik.

Ümid edirik ki, bu tövsiyələr media nümayəndələri və Komitə, eləcə də bu sahədə fəaliyyət göstərən aidiyyəti təşkilatlar arasında EFFEKTİV VƏ FAYDALI üçtərəfli əməkdaşlığı formalaşdırmağa kömək edəcək.

Qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsipləri