Qızlar arasında şahmat turniri

19 aprel 2023

Paylaş:

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş qızlar arasında şahmat turniri təşkil edilib. Turnir Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Şahmat Federasiyasının Qadın və Sosial Komissiyası, eləcə də YAP Xaçmaz rayon təşkilatının birgə dəstəyi ilə baş tutub.
Turnirdə Xaçmaz , Quba , Qusar, Şabran və Siyəzən rayonundan olan 150 qız şahmatçı iştirak edib.