Xocalı soyqırımı 23-cü il dönümü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qeyd edildi

26 fevral 2016

Paylaş:

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilib. Onlardan ən dəhşətlisi Xocalı faciəsidir. İyirmi üç il bundan əvvəl,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın gözəl diyarı olan Xocalı sakinlərinə qarşı Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə dəhşətli soyqırımı törətmişlər. Misli görünməmiş  vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.

26 fevral tarixində Komitənin rəhbərliyi və kollektivi tərəfindən Xocalı soyqırımı yad edildi.Tədbirdə Komitənin sədri xanım  Hicran Hüseynova bir dəqiqəlik sükutla Xocalı soyqırımının qurbanlarının xatirəsini, şəhid olmuş günahsız insanların ruhunu yad etmiş,  soyqırımla bağlı həqiqətləri və tövsiyələri çatdırmışdır: “ Ölkə Prezidentimiz cənab İlham Əliyevin İnsan resursları potensialı gənc nəslin -gəncliyimizin düzgün tərbiyəsi onların vətənpərvərlik ruhunda böyüməsi vətənə, cəmiyyətə layiqli vətandaş kimi yetişməsində əlimizdən gələnini əsirgəməməliyik”.

Komitənin sədri Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülməsindən  söz açdı.Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Xanım Hicran Hüseynova bildirmişdir ki,  Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanları cəzalandırılmalıdır.

Sonra çıxış üçün söz Komitə əməkdaşı Vəsilə Mövsümovaya söz verildi. O, Xocalıda baş verən hadisələrin bir daha yada saldı və Dünya həqiqətlərinə çatdırılması ilə bağlı fikirlər söyləmişdir.