Bu gün Vətən müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

4 may 2023

Paylaş:

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlıda gedən döyüşlərdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş Arəstə Baxışovanı ehtiramla yad edirik.