Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur

9 may 2023

Paylaş:

10 may - müasir, müstəqil Azərbaycan dövlətinin memarı, bütün türk dünyasının qürur hissi ilə andığı görkəmli dövlət xadimi və dünya şöhrətli, müdrik siyasi şəxsiyyət Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Ümummilli lider Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində güclü dövlət modeli qurmaqla, siyasi varislik ənənələrini yaradan bir lider kimi böhran anında onu tarixin sınağından məharətlə çıxarmağı bacaran bir xilaskardır. Onun dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmiz inkişaf yoluna qədəm qoymuş, dünyada tanınan dövlətə çevrilmişdir.

Bu gün Ulu öndərin qurduğu yeni, müstəqil Azərbaycan daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə bərabər inkişafı təmin edən, hər addımında insan və şəxsiyyət amilini uca tutan ölkə kimi inkişafının yeni zirvələrini fəth etməkdədir.

Azərbaycanın yetirdiyi dahi şəxsiyyətlərdən biri kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu qətiyyətli siyasət, zəngin və çoxşaxəli irsi, əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq. Onun dünya şöhrətli lider kimi müdrik, uzaqgörən portreti insanlığın yaddaşında hər zaman özünəməxsus yer tutacaqdır.

Xalqımızın Ümummilli liderini dərin ehtiram və minnətdarlıqla anırıq!