Bahar Muradova Quba rayonunda vətəndaşları qəbul edib

23 may 2023

Paylaş:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, mayın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.

Qəbulda iştirak edən vətəndaşlar əsasən qadın məşğulluğu, mənzil, məişət şəraitinin yaxşılaşdırılması, kəndin infrastrukturunun qadınların məişət problemlərinə təsiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.