Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilir

2 iyun 2023

Paylaş:

18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumların dəstəyi ilə mərkəzlərdə, təhsil müəssisələri, mədəniyyət evlərində silsilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə UADM-lərin, idarə və müəssisələrin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, hüquqşünaslar, yeniyetmə və gənclər, müəllimlər, icmadan olan qadınlar iştirak ediblər.

Maarifləndirici görüşlərdə “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verilib. Əhali arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsinin, hər kəsin öz hüquq və vəzifələri barədə məlumatlı olmasının vacibliyi vurğulanıb.

Eyni zamanda qadınlarla keçirilən görüşlər zamanı ölkəmizdə qadın hüquqlarının qorunması və təbliğ edilməsi istiqamətində görülən işlərdən, qadınlarla bağlı məsələlərin həlli üçün qəbul edilmiş qanunvericilik aktlarından danışılıb, iştirakçılara hüquqlarının pozulması hallarında hansı idarə və təşkilatlara müraciət etmələri barədə məlumat verilib, qadınlara qarşı ayrı-seçkilik, zorakılıq, nikahın pozulması, aliment, mülkiyyət bölgüsü və s. məsələlər barəsində zəruri hüquqi məsləhətlər verilib.

Maarifləndirmə tədbirlərində insan hüquqları ilə bağlı sosial videoçarxlar, təqdimatlar nümayiş etdirilib, mövzu ilə əlaqəli bukletlər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbirlərdən 400 nəfərdən çox şəxs bəhrələnib