“MÜASİR DÖVRDƏ UŞAQ PSİXOLOGİYASININ PROBLEMLƏRİ: AİLƏ – MƏKTƏB” mövzusunda təlim keçirildi

17 dekabr 2014

Paylaş:

Uşaqların cəmiyyətdə sağlam və layiqli vətəndaş olaraq öz yerini tutmasında onların problemlərinin vaxtında aşkar edilməsi və aradan qaldırılması əhəmiyyətli rol oynayır. Bu baxımdan uşaqlarla işləyən psixoloqların peşəkarlığının artırılması olduqca əhəmiyyətlidir.  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə 17 dekabr 2014-cü il tarixində, Komitənin konfrans zalında Bakı şəhəri üzrə hər rayondan iş təcrübəsi və peşəkarlığı ilə seçilən təhsil müəssisələrinin psixoloqları üçün “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilmişdir. Təlimdə “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar”  mövzusuları ətrafında müzakirələr təşkil edilmişdir. Təlimin əsas məqsədi təlim keçmiş psixoloqların gələcəkdə müvafiq materiallar üzrə təmsil etdikləri rayonun təhsil müəssisələrinin psixoloqları üçün eyni mövzuda təlimlərin keçirilməsidir. Keçirilmiş təlim çərçivəsində aidiyyəti mövzular üzrə maarifləndirici və təlim vəsaitləri paylanılmışdır. Təlimlər psixologiya üzrə fəlsəfə doktoru, BDU Psixologiya kafedrasinin müəllimi Aynur Bunyatova və “Çıraq” Psixoloji Araşdırmalar və Dəstək Mərkəzinin İcraçı direktoru psixoloq Vüsalə Xəlilova tərəfindən keçirilmişdir.