“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı layihənin davamı

1 dekabr 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi  və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət kimi ənənələrin davam etdirilməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq, 2013-cü ildə Komitə tərəfindən Bakı şəhərinin rayon İcra hakimiyyətləri ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı layihəə start verilmiş, 2014-cü ildə layihə uğurla davam etdirilmişdir. Layihənin növbəti tədbiri  1 dekabr  2014-cü il Kürdəmir rayonunun Heydər Əliyev mərkəzində keçirilmişdir.

Tədbiri Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə əsgərli açmış, tədbir iştirakçılarını salamlamışdır.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, mövzunun aktuallığını bir daha vurğulayaraq,  azərbaycan ailəsinin unikallığını, adət ənənələrin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu və Komitə tərəfindən keçirildiyi işlər barədə danışdı. Ailələrdə yaşanan problemlərdən, erkən nikah və qan qohumluluğun fəsadlarından danışan sədr müavini, bu istiqamətdə problemlərin həlli üçün görüləcək işlərin daha intensiv olmağını tövsiyyə etmişdir. Bu istiqamətdə psixoloqlarla görülən işlərdən danışılmışdır.   Ailə həyatı qurduqları zaman, gənclərə ağsaqqal, ağbirçək məsləhətlərinə qulaq asmağı tövsiyyə etmişdir.

Daha sonra çıxış edən Kürdəmir  Rayonunun 5 nömrəli məktəbin psixoloqu Zeynəb Səfərova valideyn-uşaq münasibətlərindən danışaraq, bu sahə üzrə müxtəlif treninqlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Tədbir iştirakçıları öz təkliflərini səsləndirdilər.

Sonda, tədbir iştirakçılarına Komitə tərəfindən çap olunduğu maarifləndirmə materialları ( buklet və kitablar) paylanıldı.