“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı növbəti tədbir keçirilmişdir

25 iyul 2014

Paylaş:

Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət        ailə siyasətinin prioritet istiqamətini təşkil edir. 

Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması,  onlara sağlam həyat tərzinin aşılanması istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır ” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.

Layihə çərçivəsində növbəti tədbir 25 iyul 2014-cü il tarixində Şəmkir Rayonunda yerləşən N saylı hərbi hissənin Heydər Əliyev Mərkəzində hərbi hissənin şəxsi heyətinin və ekspertlərin iştirakı ilə keçirilmişdir.

Tədbiri giriş sözü ilə Plokovnik-leytenant Elşad Əbilov açaraq qonaqları, əsgər və zabit heyətini salamlamış keçirilən  tədbirlərin önəmindən bəhs etmişdir.

Tədbiri öz çıxışı ilə davam etdirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova milli mənəvi dəyərlərin qorunub saxlanmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs etmiş və bu tip tədbirlərin keçirilməsində əsas məqsəd kimi gənclərə sağlam həyat tərzinin təbliği olduğunu vurlamışdır.

Polkovnik-leytenant Loğman Xanlarov öz çıxışında Azərbaycan vətəndaşlarının xarici vətəndaşlarla nikahı məsələsinə toxunmuşdur. Polkovnik-leytenant Teymur Qəşimov ailədaxili münasibətlərdən, ailə büdcəsini düzgün bölüşdürülməsində qadının rolundan bəhs etmişdir.

Tədbiri öz çıxışları ilə davam etdirən Hərbi Hissə Komandiri Polkovnik-leytenant Tofiq Orucov internetdən düzgün istifadə qaydalarından, yaxın qohumlar arasında bağlanan nikahların sağlam olmadığını və bu evlilikdə olan xəstə uşaqların ailənin dağılmasına səbəb olduğunu, nikahdan əvvəl tibbi müayinənin önəmini  qeyd etmişlər.

Tədbirdə eyni zamanda, “Vətəndaşların sosial rifahının göcləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova da iştirak etmişdir. Öz çıxışında V.Əsgərova şəxsi heyəti salamlamış və onlara şərəfli işlərində uğurlar arzulamışdır.

Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr  aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Mərkəzin kitabxanasına Komitə tərəfindən hazırlanmış çap materialları təqdim olunmuşdur.