“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlimlər keçirilir

20 may 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda bölgələrdə təlimlərin keçirilməsi davam edir.

Təlim qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrənilməsi, əhali arasında maarifləndirmənin gücləndirilməsi və bələdiyyənin rolunun artırılması məqsədini daşıyır. Təlim çərçivəsində bələdiyyə sisteminin insan hüquqlarının müdafiəsinə təsiri, gender bərabərliyinin təmin edilməsi sahəsində beynəlxalq sənədlərin mahiyyəti, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericilik bazası haqqında ətraflı məlumat verilib. Eyni zamanda, təlim çərçivəsində ölkədə gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığı ilə mübarizə, uşaq (erkən) nikahlarının qarşısının alınması və digər indikatorlar üzrə təlimdə iştirak edən şəxslərə məlumatlar çatdırılıb.

Bələdiyyə nümayəndələrinin, hüquqşünas və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının iştirak etdiyi təlimdə dövlət qadın siyasəti, insan hüquqlarının müdafiə sistemində gender bərabərliyinin təmin edilməsi, qadınların yerli idarəçilikdə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr, əsas anlayışlar (təriflər), cinsi ayrı-seçkilik anlayışı və “Azərbaycanda Qadın hüquqlarının müdafiəsi mexanizmi” mövzuları açıqlanıb.

May ayı ərzində Abşeron, Quba, Xaçmaz, Şəki, Qax, Zaqatalada, Balakəndə təşkil olunan təlimlərin davamı Saatlı, İmişli, Beylaqan rayonlarında keçiriləcək.