İsmayıllı rayonunun Cülyan kəndində “Təbiəti sevək və qoruyaq” adlı tədbir keçirilib

23 avqust 2016

Paylaş:

“Şəhər və rayonlarda gənclərin asudə vaxtının təşkili məsələlərinə diqqətin artırılması, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, uşaq və ailələrə dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması” istiqamətində Dövlət Proqramının icrası, habelə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən uşaqların yay istirahətinin səmərəli təşkili məqsədilə avqustun 23-də rayonun Cülyan kəndində öyrədici istirahət günü təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilən Təbiəti  sevək və qoruyaq” adlı tədbirdə uşaqlara təbiət haqqında maarifləndirici məlumat verilib, müzakirələr aparılıb, müxtəlif bitki növlərindən nümunələr toplanılıb. Daha sonra toplanılan bitki nümunələrindən kağız üzərində kompozisiyalar hazırlanıb.

Gün ərzində təbiətlə bağlı müxtəlif düşündürücü fəaliyyətlər və oyunlar oynayan uşaqlara günün sonunda həvəsləndirici təşəkkürnamələr təqdim edilib.