“Biz gələcəyin gənc müdafiəçiləriyik” mövzusunda tədbir keçirilmişdir

8 avqust 2016

Paylaş:

Göygöl Uşaq və Aillərə Dəstək  Mərkəzinin əməkdaşları 8 avqust 2016-cı il tarixində Göygöl rayon Heydər Əliyev adına parkda “Biz gələcəyin gənc müdafiəçiləriyik” adlı maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə mərkəzin xidmətlərindən bəhrələnən uşaqlar və rayon orta məktəblərin şagirdləri iştirak etmişdirlər. Tədbirdə uşaqlar qabaqcadan  hazırladıqları  təmizlik bildirişlərini ictimai yerlərdə asmış və parkda istirahət edən sakinlərə bu haqda ətraflı  məlumat vermişdilər. Tədbirdə uşaqların valideynləri də yaxından iştirak etmişdirlər.