“Zərərli vərdişlərdən uzaq olaq” adlı maarifləndirici tədbir təşkil olundu

25 iyul 2016

Paylaş:

25 iyul 2016-cı il  tarixində Göygöl UADM-də “Zərərli vərdişlərdən uzaq olaq” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə  Mərkəzin  xidmətlərindən  bəhrələnən uşaqlar və valideynləri  iştirak etmişdirlər.

Tədbirdə  zərərli vərdişlər və onun fəsadları haqqında   geniş  məlumat verilmiş, Mərkəzin işçi heyətinin bu mövzuda hazırladığı videoçarxlar uşaqlara təqdim olunmuşdur. Videoçarx uşaqlar və valideynlər tərəfindən maraqla izlənilmiş və sonda bu pis vərdişlərdən özümüzü necə qoruya  bilərik haqqında qarşılıqlı söhbətlər aparılmışdır.

Tədbirdə 23 nəfər və UADM–nin işçi heyəti iştirak etmişdir.