Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa təşkil olunub

3 may 2017

Paylaş:

3 may tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Hüquqlarımızı bilirikmi?”  adlı  dəyirmi  masa  təşkil  olunub.

Tədbir Əlibəyli kənd tam orta məktəbinin müəllimi və X-XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.

Tədbirdə Uşaq Hüquqları Konvensiyasından, Aəzrbaycan Respublikasının Konstitusiyasından müvafiq bəndləri oxuyaraq, uşaqların təhsil, səhiyyə, istirahət hüquqları və söz azadlıqları barədə çıxış ediblər. Müzakirələrin də yer aldığı tədbirdə uşaqları maraqlandıran mövzu ilə bağlı suallar cavablandırılıb.