Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi “İnsan alverinin qurbanı olma!” adlı tədbir keçirib

12 aprel 2017

Paylaş:

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi Tala kənd 2 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinin qurbanı olma” mövzusunda tədbir təşkil edib. Tədbirdə çıxış edənlər insan alveri qurbanları dedikdə kimlərin nəzərdə tutulduğu, insan alverinin qurbanı ola biləcək insanlar, risk qrupuna daxil olan amillər, insan istismarının növləri  və insan alverinin qurbanlarının cəmiyyətə reinteqrasiyasına mane olan psixoloji amillər barədə danışıblar. Tədbirdə həmçinin mövzuya uyğun olaraq “Satılmış həyat” filmi nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.