Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi narkomanlıqla mübarizə sahəsində maarifləndirici tədbir keçirdi

27 oktyabr 2016

Paylaş:

Oktyabrın 27-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomanlıqla və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə aidiyyatı qurumların nümayəndələri çıxış edərək, narkotik vasitə istifadə edənlərin və onların qanunsuz dövriyyəsi ilə məşğul olanların qanun qarşısında məsuliyyəti, narkotik vasitələrin insan orqanizminə və psixologiyasına vurduğu zərər, bu kimi zərərli vərdişlərin ailə həyatına və ümumilikdə cəmiyyətdə yaratdığı fəsadlar barədə məlumat verdilər.

Tədbirin sonunda  məsələnin  aktual olduğu, bu  sahədə  məktəblərdə yeniyetmələrlə  lazımi  tədbirlərin  keçirilməsinin  vacibliyi qeyd edildi və tədbir iştirakçılarına maarifləndirici buklet paylandı.