“Qanadlanan Arzular” adlı çərpələng bayram tədbiri keçirilib

21 avqust 2015

Paylaş:

Avqustun 20-də Ailə, Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Göygöl UADM uşaqların yay tətilinin səmərəli təşkili məqsədilə “Qanadlanan Arzular” adlı çərpələng bayram tədbiri keçirilib. Tədbirdə  UADM-dən bəhrələnən uşaqlar  və  rayon məktəbliləri  iştirak ediblər.

Tədbir Göygöl rayon H. Əliyev parkında keçirilib. Uşaqlar özlərinin  hazırladıqları çərpələngləri uçurub və  maraqlı yarış xarakterli oyunlar oynayıblar.