Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Narkotikə yox deyək” adlı tədbir keçirdi

24 iyun 2016

Paylaş:

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi iyunun 24-də Gomuşçu kənd orta məktəbində “Narkotikə yox deyək” adlı tədbir keçirmişdir.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə zərərli vərdişlərin növlərindən bəhs edilmiş, narkotik vasitələrin insan orqanizmində yaratdığı fəsadlar barədə məlumat verilmişdir. İştirakçılara həmçinin ətrafında narkotik vasitələrdən istifadə etdiyindən şübhələnən şəxs gördükləri təqdirdə onlara necə kömək etmələri və hansı qurumlara müraciət etməli olduqları barədə maarifləndirici məlumatlar verilmişdir.

Tədbirin sonunda mövzu ilə əlaqədar film nümayiş olunmuş və istirakçıları maraqlandıran suallar cavablandırılmışdır.