Mayın 5-i Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim olunması münasibəti ilə Azərbaycan Dövlət M

5 may 2015

Paylaş:

Tədbirdə giriş sözü ilə çıxış edən Hicran Hüseynova  tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Gülçöhrə xanıma təşəkkür etmişdir. Sonra Zərifə xanımın həyat və yaradıcılığına nəzər salaraq onun yaradıcılığından , illərlə müxtəlif fəaliyyət sahələrində çalışmış, axtarışlar aparmış və nəhayət, bilik mənbəyi olan qeyri adi özləri balaca olsalar da, dəyərləri böyük olan kitabları onları toplamaq, kolleksiyalar düzəltmək böyük hövsələ və səbir tələb edən işin öhdəsindən gəlməsindən söz açdı.

Sonra Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış etmişdir. Oda Zərifə xanım Salahovanın yaradıçılığına nəzər salmış, onun həyat və yaradıcılığına bəhs etmişdir. Eyni zamanda başqa çıxışçılarda ürək sözlərini demişdilər. Tədbirin sonunda  Komitə sədri xanım Hicran Hüseynova Pekin Konfransında səmərəli fəaliyyətinə görə mükafat təqdim etdi.