Zərdabda“ Qoy həmişə sülh olsun” adlı tədbir keçirilmişdir

18 avqust 2016

Paylaş:

Sülh aylığı ilə bağlı Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Qoy həmişə sülh olsun”  adlı  tədbir  keçirilmişdir.

Tədbir 18 avqust 2016-cı il tarixində Mərkəzdən bəhrələnən uşaqların və 3 saylı körpələr evi- uşaq baxçasının iştirakı ilə baş tutmuşdur. Mərkəzin əməkdaşı İnqilablı Türkan  uşaqlara sülh haqqında məlumatlar  vermiş, dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasının, təhlükəsizliyin təmin edilməsinin hər bir sülhsevər xalqın, bütün insanların, xüsusilə uşaqların arzusu olduğunu bildirmişdir.

Mərkəzdən bəhrələnən uşaqlar sülhlə bağlı şüarlar səsləndirmiş, müxtəlif kompozisiyalar və rəqslər  nümayiş etdirmişdirlər. Şənliyin sonunda fəal iştirak edən uşaqlara hədiyyələr təqdim olunmuşdur.