Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi “Öz hüquqlarımızı bilək!” mövzusunda tədbir keçirmişdir

19 iyun 2015

Paylaş:

“18 may -18 iyun İnsan Hüquqları Aylığı” çəçivəsində Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun Göyəm və Çökək kənd məktəblərində, Qazangül qəsəbəsi İcra Nümayəndəliyində “İnsan alverinin qurbanı olma”, “Öz hüquqlarımızı bilək!” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əlaqədar qrumların nümayəndələri, məktəb  şagirdləri və valideynlər iştirak edirdilər.

İştirakçılara Uşaq Hüquqları Konvensiyası, uşaqların normal inkişafı üçün uyğun şəraitin yaradılmasının vacibli, məişət zorakılığı,  onun növləri, məişət zorakılığına məruz qaldıqda hara müraciət etmələri barədə məlumat verildi. Mövzuya uyğun olaraq “Satılmış həyat” filmi nümayiş olundu.