Qurban Bayramı və “15 sentyabr – Bilik Günü”

12 sentyabr 2016

Paylaş:

Sentyabrın 12-də Qurban Bayramı və “15 sentyabr – Bilik Günü” münasibətilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi “Təmiz ürək” Qeyri Hökumət Təşkilatının dəstəyi ilə həssas təbəqədən olan ailələri təbrik etmişdirlər.

Belə ki, aztəminatlı 30 ailəyə bayram payı verilmiş, həmçinin 3 uşaq məktəbli forması və məktəb ləvazimatları ilə təmin olunmuşdur.