“Əlilliyin dərki” mövzusunda tədbir keçirildi

2 dekabr 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi 2 dekabr 2015-ci il tarixində Xəzər rayon Gənclər Evində “Əlilliyin dərki” mövzusunda tədbir keçirib.

Tədbirin keçirilməsində məqsəd əlilliyin dərki və əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xəzər rayon İcra Hakimiyyətinin, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Gənclər və İdman idarəsinin nümayəndələrinin istirak etdiyi tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgisi nümayiş olunub, uşaqlara diplom və xatirə hədiyyələri təqdim edilib.

Tədbirdə, həmçinin, 3 dekabr “Əlillər Günü” münasibətiylə Xəzər rayon icmasında yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara ortepedik ayaqqabı və əlil arabalarına olan ehtiyacları müəyyənləşdirilib və qısa müddətdə verilməsi planlaşdırılıb.