Yanvar ayında Ağdam UADM-də 15-16 yaşlı yeniyetmələr və gənclərin cəlb edilməsi ilə zərərli vərdişlər və onlardan qorunma haqqında Həyat bacarıqları təlim kursları keçirildi.

16 yanvar 2013

Paylaş:

Ağdam rayonu Quzanlı qəsəbəsində “Məcburi köçkün Gənclərlə Məşğulluq İmkanları” adlı Dəyirmi masa keçirildi. Dəyirmi masada iştirak edən 20-ə yaxın gənc Gənclərin işlə təminatı, iş axtararkən öz potensiallarından necə istifadə etmək, iş üçün müraciət edərkən cv hazırlama və müsahibədə özünü necə aparma bacarıqları, uğurlu ixtisas seçmədə valideynlərin rolu, karyeranın necə qurulması haqqında məlumatlandırıldı. Fevral ayının 4 də Ağdam  Mərkəzində Reproduktiv Sağlamlıq və sağlam Həyat Tərzi mövzularında 15-16 yaşlı yeniyetmə qaşqın və məcburi köçkün yeniyetmələrə dəyirmi masa seminarı keçirilmişdir. İştirakçılara  mövzuyla bağlı materiallar, buklet və lefletlər paylanıldı.