“Orduya Dəstək”

17 iyun 2016

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi N.Gəncəvi adına 5 saylı şəhər orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə “ORDUYA DƏSTƏK “ adlı aksiya keçirildi. Aksiyaya digər məktəblərdən də şagirdlər qatıldılar. Aksiya Azərbaycanın Dövlət Himninin səslənməsi ilə açıq elan olundu və torpaqlarımız uğrunda şəhid olmuş igidlərin ruhu bir dəqiqəlik sukutla yad olundu. Məktəbin tarix müəllimi ermənilərin Azərbaycan torpaqlarının əsirlər boyu işğal edərək, özünküləşdirmək istəyindən, bir milyondan çox insanın öz ata-baba yurdlarından didərgin salmaqlarından  danışdı. Sonra müxtəlif əsgər marşları səsləndi. Uşaqlar “ QARABAĞ BİZİMDİR-BİZİM OLACAQ” şuarları səsləndirdilər.