“ Narkomaniyaya yox deyək “

29 aprel 2015

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi 29 aprel 2015-ci il tarixində Sabirabad Dövlət Sosial İqtisadi Kollecində  uşaqları narkotik vasitələrdən çəkindirmək məqsədilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirdi.  Tədbirdə çıxış edənlər uşaqlara UADM-nin fəaliyyəti və narkomaniya haqqında məlumat verdilər. Bildirildi ki,  ümumbəşər bir problem olan narkomaniyaya daha çox zəif iradəli, aciz insanlar aludə olurlar. Rayon Mərkəzi Xəstəxanasının həkimi Samir Ağayev uşaqlara narkotik və bu kimi digər psixotrop maddələrin insan orqanizminə verdiyi zərərdən və səhhətində yaratdığı fəsadlar haqqında ətraflı məlumat verdi.