Yeni il şənliyi

26 dekabr 2014

Paylaş:

26.12.2014 cü il tarixində Sabirabad UADM və YAP rayon təşkilatının Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının akt zalında yeni il şənliyi keçirildi. Tədbirdə Sabirabad UADM-nin qeydiyyatında olan sağlamlıq imkanları məhdud olan  uşaqlar aztəminatlı ailələrin uşaqları və valideynlər iştirak edirdi. Giriş üçün söz Sabirabad UADM-nin direktoru Ş.Əbilovaya verildi. Şamama xanım uşaqları, gələn  qonaqları və valideynləri salamladı, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə uşaqları, onların valideynlərini və tədbir iştirakçılarını təbrik etdi. 2015-ci ilin hər kəs üçün uğurlu olmasını arzuladı. Sonra söz Sabirabad YAP- rayon təşkilatının sədri Nadir Quliyevə verildi. Nadir müəllim də bayram münasibəti ilə bütün uşaqları və onların valideynlərini təbrik etdi və onlara can sağlığı, yeni ildə yeni-yeni uğurlar  arzuladı. 80-a yaxın uşaq və valideynin iştirak etdiyi tədbirdə Mədəniyyət evinin rejissoru Seyidməmməd Əliyev müsiqiçilər, gənc müğənni Mehdi Ağayev, həmçinin Şaxta Baba, Qar qız, cizgi filminin qəhrəmanları Maşa və Ayı rəngarəng proqramlarla uşaqları sevindirdilər. Uşaqlar Şaxta Baba və Qar Qızla birlikdə yolka ətrafında rəqs etdilər, şeirlər söylədilər, mahnılar oxudular. Şənliyin sonunda Şaxta Baba uşaqlara hədiyyə payladı. Valideynlər adından Lətafət Ramazanova tədbrinin təşkilində əməyi olan hər bir kəsə təşəkkür etdi.