“Erkən nikah insan hüquqlarının pozulmasıdır”

29 oktyabr 2015

Paylaş:

Oktyabrın 29-da Hacıqabul şəhər 5 saylı orta məktəbin akt zalında  Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə “Erkən nikah insan hüquqlarının pozulmasıdır” mövzusunda seminar baş tutub.

Seminarda erkən nikahın orqanizmə verdiyi fəsadlar haqqında danışılaraq bildirilib ki, yetkinlik yaşına çatmadan nikaha girmək nəinki fizioloji, hətta psixoloji cəhətdən orqanizmə  mənfi təsir göstərir. Tədbirdə həmçinin bu problemlə mübarizə aparmaq yolları barədə müzakirələr aparılmıb, qızlara təhsillərini erkən nikaha qurban verməmək tövsiyə olunub.

Sonda iştirakçılara ailə başçılarına  ünvanlanmış maarifləndirici məktublar və “Erkən nikah insan hüquqlarının pozulmasıdır” adlı broşuralar paylanılıb.