22-23 may 2013-cü il tarixlərində Hacıqabul rayonu Padar və Muğan kəndlərində Hacıqabul UADM-in təşkliatçılığı ilə “Qiçslə və Narkomaniyayla mübarizə -Özünüzü və yaxınlarınızı qoruyun” devizi altında seminar keçirilmışdır

23 may 2013

Paylaş:

Tədbirdə UADM əməkdaşları və seminara qatılmış Hacıqabul RİH-nin məsul katibi və Hacıqabul RİGİ-nin nümayəndəsi məruzələrlə çıxış etmışlər. Cəmiyyətin bəlası olan narkomaniyanın törətdiyi fəsadlar, Qiçs və narkomaniyadan qorunma yolları, Qiçs və narkomaniyaya yoluxmuş insanların psixoloji durumu və s. mövzular məruzələrdə öz əksini tapmışdır. Seminarlarda iştirakçılara mövzuya dair məlumatlandırıcı bukletlər paylanmışdır.
Rayon əhalisini maarifləndirilməsi məqsədilə 1-3 may 2013-cü il tarixlərində rayon ərazisində insanların kutlə şəklində toplandığı ictimai yerlərdə və rayon orta məktəbilərində “Özünüzü və Yaxınlarınızı Qoruyun” adlı buklet paylanmışdır.