Ağdam UADM 1 İyun Uşaqların Beynəlxalq Müdafiə gününü qeyd etmişdir

1 iyun 2015

Paylaş:

1 iyun 2015-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Xındırıstan Uşaq baxcası tərəfindən köçkün uşaqlarla 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Xındırıstan kənd Uşaq baxcasında tədbir keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyətindən, kənd icra nümayəndəliyindən, məktəblərdən və digər təşkilatlardan qonaqlar dəvət olunmuşdular.

Tədbirdə uşaqlar uşaq haqqlarından bəhs edən səhnəciklərlə çıxış etmiş, şer söyləmiş, mahnı oxuyub- rəqs etmişlər. Onlar böyük maraqla asfalt üzərində uşaq haqqlarını ifadə edən şəkillər çəkmişlər.\  

Tədbirin sonnunda uşaqlara hədiyyələr təqdim edilmiş və Ağdam H. Əliyev Muzey Mərkəzinə aparılmışdır. Uşaqlar Ağdam H. Əliyev adına parkda gəzintini davam etdirərək, Ağdam Təpə  Şəhidlər Xiyabanında şəhidlərin məzarı üstünə güllər qoymuşlar.