Ağdamda Beynəlxalq Sülh günü aylığı münasibətilə silsilə tədbirlər keçirildi

22 sentyabr 2014

Paylaş:

Sentyabr ayında Ağdam UADM Birinci 4 Yol qəsəbəsində iştirakı ilə  21 Sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş yığıncaq keçirilmişdir.Tədbirdə iştirak edən qəsəbə sakinləri yığıncaq vasitəsi ilə bütün dünya ölkələri və xalqları tərəfindən qəbul edilən və həmin gündə sülh, əmin-amanlıq, barışıq və ədalət ətrafında birləşərək  beynəlxalq gün kimi keçirilməsini vacib bir məsələ hesab edilən 21 sentyabr Sülh günü haqqında geniş məlumat əldə etmişlər.

Birinci 4 Yol Qəsəbə İcra Nümayəndəsinin müavini Samir Paşayev sərhədyanı ərazilərdə yerləşən koçkün qəsəbələrində firavan yaşadıqlarını və Qarabağ məsələsinin tezliklə sülh şəraitində həll olunacağını söylədi.

Tədbirdə iştirak edən rayon sakini Xətai Abdullayev BMT-nin Baş Assembleyası tərəfindən 21 sentyabr tarixində sülh günü kimi qeyd olunması tarixindən məlumat verdi.

Tədbirdə çıxış edən mərkəzin metodisti “Sülh İnkişafın təməlidir ” adlı məlumat vərəqəsinə istinad  edərək söylədi ki Sülh – insanlara  azadlıq,əmin-amanlıq və ədalət bəxş edir.

Tədbirin sonunda Ağdam UADM-in dərnək üzvləri “Biz müharibə istəmirik. Biz sülh istəyirik” adlı ədəbi bədii kompozisiya ilə çıxış etmişlər.

Silsilə tədbirlər Ağdam rayonu Quzanlı qəsəbəsi, Zəngişalı kənd sakinlərinin iştirakı ilə davam etdirilmişdir. Hər iki ərazidə iştirakçılar Sülh günü aylığı haqqında geniş məlumat əldə etmişlər.

Tədbirlərdə iştirak edən 90 nəfər iştirakçıya Ağdam UADM tərəfindən hazırlanmış “21 sentyabr Beynəlxalq sülh günüdür”adlı məlumat vərəqələri paylanmışdır.