Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində “Dostluq görüşü”

11 may 2015

Paylaş:

8-9 may 2015-ci il tarixində 2 günlük Göygöl rayonuna “Vətənimizi, tariximizi və milli mənəvi irsimizi tanıyaq, qoruyaq və nəsildən-nəsilə ötürək” devizi altında Bakı şəhəri Nəsimi rayon 5 saylı tam orta məktəbinin beynəlxalq dostluq klubunun üzvləri və həmin məktəbin riskli ailələr qrupuna aid olan şagirdlərdən ibarət qonaqları Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində qəbul edilmişdir. Qonaqlar Göygöl UADM-nin fəaliyyəti, mərkəzdən bəhrələnən aztəminatlı, risk qrupuna aid olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlarlar  ilə tanış oldular və öz hədiyyələrini onlara təqdim etdilər. 2 gün davam edən tədbir ərzində uşaqlar Göygöl rayonunun tarixi abidələri ilə tanış oldular, milli mətbəximizin təamlarından daddılar və onların hazırlanmasında iştirak etdilər.