“Reproduktiv sağlamlıq və sağlam həyat tərzi”

30 yanvar 2015

Paylaş:

30 yanvar 2015-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun ucqar Qaraçinar kəndində qaçqın və aztəminatlı ailələrdən olan evdar qadınların iştirakı ilə “Reproduktiv sağlamlıq və sağlam həyat tərzi” mövzusunda icma dinləməsi keçirmişdir. Tədbirin keçirilməsində əsas məqsəd xanımları reproduktiv saglamlığın bütün komponentləri ilə tanış etmək və sağlam həyat tərzi haqqında məlumatlandırmaq idi.