“Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirildi

5 iyul 2017

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi iyulun 5-də qadınların iştirakı ilə “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə reproduktiv sağlamlıq və onun aspektləri, sağlam nəsil artırma, azad və məsuliyyətli seçim, ailə planlaşdırılması haqqında ətraflı söhbət açılmış, həm ailələr, həm də ayrı-ayrı şəxslərin reproduktiv sağlamlıq hüququna malik olduqlarını əks etdirən lazımi məlumatlar verilmişdir.