Tarix və Diyarşünaslıq Mərkəzinə ekskursiya təşkil edilib

21 iyul 2017

Paylaş:

Uşaqların yay tətili günlərini səmərəli keçirmələri məqsədilə 21 iyul 2017-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqların rayonda yerləşən Tarix və Diyarşünaslıq Mərkəzinə ekskursiyasını təşkil edib.

Ekskursiya zamanı uşaqlara xalqımızın qədim adət-ənənələri barədə məlumat verməklə yanaşı, rayonda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş məişət əşyaları və digər eksponantlar nümayiş olunub.