1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

2 iyun 2014

Paylaş:

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi  Günü  münasibəti  ilə  Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Bir balaca dünyam var” adlı şənlik  tədbir keçirilmişdir. Tədbirdə  Mərkəzdən  bəhrələnən  uşaqların  hazırladıqları  rəqslər, şeirlər, kompozisiyalar gələn qonaqların  zövqünü  oxşamışdır.Bundan əlavə Mərkəzin əl işləri dərnəyinin üzvü  Bayramov Vaqifin Heydər Əliyev parkında  “Əl işləri sərgisi” təşkil olunmuşdur. Bayramov Vaqif Rayon İcra Hakimiyyəti Aparatının başçısı tərəfindən hədiyyəyə layiq görülmüşdür.