Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ehtiyatlı ol : QİÇS!” adlı təlim keçirilmişdir

26 aprel 2016

Paylaş:

19-20 aprel tarixlərində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ehtiyatlı ol: QİÇS!” adlı təlim keçirilmişdir. Rayon məktəblərinin psixoloqları Uşaq və Gənclər Birliyi rəhbərlərinin iştirak etdiyi təlimdə QİÇS-in cəmiyyətə vurduğu zərəri əks etdirən, statistik məlumatlardan ibarət video rolik nümayiş etdirilmiş,  slayd vasitəsi ilə  QİÇS-ə yoluxmuş insanın əlamətləri, QİÇS-in yoluxma yolları qeyd edilmiş və QİÇS-in  qarşısının alınması üçün birgə təkliflər paketi hazırlanmışdır.Təlimin sonunda müəllimlərə məktəb şagirdləri ilə maarifləndirmə aparmaq üçün məlumat vərəqləri paylanmışdır.