Narkotik maddələr və onlardan istifadənin fəsadları mövzusunda maarifləndirici tədbir keçirildi

4 avqust 2017

Paylaş:

Avqustun 3-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi icmadan olan bir qrup yeniyetmənin iştirakı ilə narkotik maddələr və ondan istifadənin fəsadları mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə iştirakçılara narkotik maddələrin insanın fiziki sağlamlığına vurduğu zərərlə yanaşı, insan psixologiyasında yaratdığı fəsadlar və Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanunu barədə məlumat verilmiş, maarifləndirmə materialları paylanılmışdır.